Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

A- A A+

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Agentlikdən NUHÇIXAN-a bildirilib ki, xəbərdarlığa əsasən, bu gündən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 6-sı səhərədək davam edəcək.

Küləyin sürətinin 18-23 metr/saniyə, arabir 25-28 metr/saniyə, açıq dənizdə isə 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr çatacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: