Gələn il şəhid ailələri və müharibə əlilləri üçün 600 mənzil alınacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
“2027-ci ildə imtiyazlı şəxslərin mənzil, avtomobil və reabilitasiya vasitələri ilə təminatı proqramları da davam etdiriləcək. Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gələn il 600 mənzilin alınması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmçinin tibbi göstərişi olan müharibə əlillərinin avtomobillərlə, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya vasitələri ilə təminatı üçün 30 milyon manatdan çox vəsait ayrılması planlaşdırılır", - deyə nazir əlavə edib.
