Əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50 faiz, yaşa görə pensiyada isə 53 faiz olması proqnozlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, hazırki proqnoz göstəricilərinə əsasən 2027-ci ildə əmək pensiyalarının təqribən 7,5 faiz səviyyəsində indeksləşdirilməsi, bu məqsədlə 575,5 milyon manat vəsaitin ayrılması proqnozlaşdrılıb.
