Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası olub - FOTOLAR

A- A A+

Ujqorod şəhərində Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının 14-cü plenar sessiyası keçirilib.

NUHÇIXAN  xəbər verir ki, iclasda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti və Ukraynanın Baş nazirinin müavini, energetika naziri Denis Şmıqalın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri Pərviz Şahbazov çıxışında iki ölkə arasında əlaqələrin inkişaf etdiyini vurğulayaraq bildirib ki, iki ölkə arasında bir sıra sahələr üzrə, o cümlədən kənd təsərrüfatı, enerji əməkdaşlığı dərinləşməkdə davam edir. Nazir bildirib ki, Azərbaycan Ukrayna ilə enerji əməkdaşlığının dərinləşdirilməsində maraqlıdır. Pərviz Şahbazov qeyd edib ki, mövcud çətinliklərə baxmayaraq Azərbaycan şirkətləri əməkdaşlığı genişləndirmək üçün fəaliyyətlərini davam etdirir. Nazir əlavə edib ki, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev ilə Volodimir Zelenski arasındakı etimada əsaslanan dialoq iki ölkə arasında iqtisadi münasibətlər üçün möhkəm siyasi zəmin yaradır.

Pərviz Şahbazov vurğulayıb ki, hökumətlərarası komissiyanın növbəti plenar iclası birgə layihələrin icrasına töhfə verəcək. İllik həcmi 500 milyon dolları ötən ikitərəfli ticarət dövriyyəsi, Azərbaycanda Ukrayna investisiyalı 290 şirkətin fəaliyyət göstərməsi ikitərəfli sıx əməkdaşlığın bariz nümunəsidir. Nazir qeyd edib ki, tərəfdaşlığın daha bir mühüm istiqaməti Azərbaycanda birgə istehsal və investisiyalarla bağlıdır.

Denis Şmıqal isə öz çıxışında qeyd edib ki, müasir dövrdə enerji sistemlərinin dayanıqlılığının artırılması üçün yeni yanaşmaların tətbiqi vacibdir. Müharibə şəraitində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən Denis Şmıqal bildirib ki, Azərbaycan Ukraynanın enerji infrastrukturunun dayanıqlılığının qorunmasına mühüm dəstək göstərib. Azərbaycan generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik avadanlıqlar təqdim etməkdə davam edir. Denis Şmıqal komissiyanın növbəti iclasında müzakirə olunan məsələlərin iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq məsələlərinin genişləndirəcəyini vurğulayıb.

İclasda birgə layihələrin icrası, o cümlədən Mingəçevirdə su anbarlı tipli elektrik stansiyasının tikintisi perspektivləri müzakirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: