Becərmə tədbirləri aparılır

A- A A+

Muxtar respublikamızda aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində əhali daxili istehsal hesabına kənd təsərrüfatı məhsulları ilə təmin edilir. Təsərrüfat adamları daha çox gəlir gətirən, zəruri kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsinə diqqəti artırmışlar. Culfa rayonunda yaz əkini kampaniyası da diqqətdə saxlanılır, kənd təsərrüfatı bitkilərini becərmək üçün torpaq vaxtında əkilib-becərilir. Bu il rayonun torpaq mülkiyyətçiləri 300 hektara qədər sahədə yazlıq əkin aparıblar. Təsərrüfat adamları digər sahələrlə yanaşı kartofçuluğun inkişafını da diqqətdə saxlayırlar. Cari ilin yazında rayonda 10 hektardan artıq sahədə kartof əkilib. Dizə, Göydərə, Bənəniyar, Əlincə, Milax, Xanəgah kəndlərinin təsərrüfat adamları kartof əkininə daha ciddi fikir veriblər. Dövlət tərəfindən torpaq mülkiyyətçilərinə göstərilən dəstək, meliorasiya və su təchizatının yaxşılaşdırılması, eləcə də məhsulun satışına yaradılan şərait kənd əməkçilərinin torpağı əkib-becərməyə marağını artırıb. Bu il rayonda əkilən kartofun 2,3 hektarı Dizə kənd sakini Abbas Tağıyevin payına düşür.

Abbas Tağıyevlə söhbət zamanı bildirdi ki, son illər rayonumuzda əkinçiliyə maraq xeyli artıb. Çünki kəndlini ruhlandıran ona göstərilən dövlət dəstəyidir. Bu gün rayonumuzun torpaq mülkiyyətçiləri texnika, su, toxumla təminat və aqrotexniki becərmənin tətbiqi baxımından çətinlik çəkmir və məhsulun realizə edilməsi ilə tam təmin olunublar. Ona görə də təsərrüfat adamlarının çəkdiyi zəhmət hədər getmir. Gəlirli sahə olan kartofun becərilməsi sahəsində də xeyli təcrübə qazanmışam. Müxtəlif ərazilərdə 2,3 hektar sahədə apardığım kartof əkinindən bol məhsul gözləyirik. İlkin cücərtilər onu deməyə əsas verir ki, bu il də əkin sahələrindən bol məhsul götürə biləcəyik.

 

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: