Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 231,7 milyon manata yaxın vergi daxil olub.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10,9 faiz və ya 22,8 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 174,9 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 18,5 faiz və ya 27,3 milyon manat artıb. Ödənilən vergilərin 75,5 faizi qeyri-dövlət sektorunun, 24,5 faizi isə dövlət sektorunun payına düşüb.
2026-cı ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 3,8 milyon manatdan çox olub.
