Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

A- A A+

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı oktyabr ayında əvvəlki ayla müqayisədə 1 milyon 965 min barel artaraq 27 milyon 164 min barelə çatıb.

NUHÇIXAN  xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına əsasən, ötən ay hasilatın ən çox artdığı ölkə Səudiyyə Ərəbistanı olub. Belə ki, ölkənin gündəlik xam neft hasilatı 1 milyon 182 min barel artaraq 9 milyon bareli ötüb. İraqda gündəlik hasilat 496 min barel, Küveytdə isə 232 min barel artıb.

Hasilatın azaldığı ölkələr arasında ilk yerdə İran qərarlaşıb. Bu ölkədə gündəlik xam neft hasilatı 44 min barel azalaraq 1 milyon 914 min barelə düşüb. Nigeriyada gündəlik hasilat 27 min barel, Konqoda isə 15 min barel azalıb.

Bununla yanaşı, OPEC və təşkilata daxil olmayan bəzi neft hasilatçısı ölkələrdən ibarət OPEC+ qrupunun gündəlik ümumi xam neft hasilatı hesabat dövründə 2 milyon 35 min barel artaraq 41 milyon 230 min barelə çatıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: