Şahin Əliyev: Dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması diqqət mərkəzindədir

A- A A+

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi əsas prioritetlər sırasındadır. Bu il bunun daha bir təsdiqi olaraq fevral ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb və Birinci vitse-prezident Mehriban Əliyeva Şuranın sədri təyin edilib.

NUHÇIXAN  xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyəti sədrinin müavini Şahin Əliyev jurnalistlər üçün təşkil olunan “Media üçün rəqəmsal səriştələr” adlı müntəzəm maarifləndirici sessiyanın növbəti görüşündə deyib.

O bildirib ki, Şuranın fəaliyyət planında rəqəmsal inkişafın əsas istiqamətləri və onların həyata keçirilməsi üzrə konkret tədbirlər nəzərdə tutulub. Bu istiqamətlərə dövlət idarəçiliyinin və ictimai xidmətlərin tam rəqəmsallaşdırılması, dövlət qurumlarında məlumatlara əsaslanan qərarların qəbulunun genişləndirilməsi, eləcə də məlumat mərkəzlərinin inkişafı daxildir.

Şahin Əliyevin sözlərinə görə, dövlət idarəçiliyində süni intellekt texnologiyalarından istifadə imkanlarının artırılması da diqqət mərkəzindədir. Eyni zamanda, rəqəmsal mühitdə yaranan yeni çağırışlar fonunda kibertəhlükəsizlik sistemlərinin gücləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur.

O qeyd edib ki, süni intellekt texnologiyalarının həm dövlət qurumlarında, həm də özəl sektorda tətbiqinin genişləndirilməsi rəqəmsal transformasiyanın mühüm tərkib hissəsidir. Həmçinin Azərbaycanda startapların inkişafı və innovativ şirkətlər üçün yeni imkanlar yaradılır: “İnnovasiya ekosisteminin inkişafı çərçivəsində startapların, texnoparkların, inkubasiya və akselerasiya mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bu, həm yeni innovativ məhsul və xidmətlərin yaradılmasına, həm də Azərbaycan şirkətlərinin informasiya texnologiyaları sahəsində rəqabət qabiliyyətinin artırılmasına imkan verəcək. Dövlət qurumlarında məlumat sistemlərinin tətbiqi və rəqəmsal həllərin genişləndirilməsi də bu prosesin mühüm istiqamətlərindəndir. İnnovativ layihələrin sınaqdan keçirilməsi üçün tənzimləyici sandbox mexanizminin tətbiqi dəstəklənir. Bu mexanizm startaplara və şirkətlərə mövcud qanunvericilik çərçivəsində yeni texnoloji həlləri sınaqdan keçirmək və onların iqtisadi potensialını qiymətləndirmək imkanı yaradacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: