Zərgərlik məmulatlarının əyarlanması və damğalanması ilə bağlı fikir mübadiləsi aparılıb

A- A A+

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların dövriyyəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi və müvafiq sahədə sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, bu çərçivədə qurumda “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin nümayəndələri, eləcə də zərgərlik məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüş zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış məmulatların istehsalı və dövriyyəsini tənzimləyən normativ-hüquqi aktların tələbləri, sahibkarların hüquq və vəzifələri, habelə qanunvericiliklə müəyyən edilmiş öhdəliklər və həmin tələblərin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib.

Bundan əlavə, zərgərlik məmulatlarının əyarlanması və damğalanması, məhsulların qanunvericiliyin tələblərinə uyğun olaraq bazara təqdim edilməsi, eləcə də müvafiq sahədə qarşıya çıxan praktiki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, sahibkarların təklif və rəyləri dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: