Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb
İxracın strukturu və coğrafiyası genişlənir. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb. Bunun 60 faizdən çoxu sənaye məhsullarıdır.
NUHÇIXAN xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, daxili bazarın məhdud həcmi nəzərə alınaraq müəssisələrin daha çox xarici bazarlara istiqamətlənməsi iqtisadi siyasətin mühüm vəzifələrindəndir.
