Dövlət büdcəsinin 10 aylıq gəlirləri 33 milyard manatı ötüb

A- A A+

2026-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 1 milyon 110 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Maliyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, cari ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib ki, bu da proqnozu 1 milyard 163,5 milyon manat və ya 3,6 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 16 milyard 65,2 milyon manat təşkil edərək proqnozdan 1 milyard 274,2 milyon manat və ya 8,6 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat təşkil edərək proqnozdan 11,8 milyon manat və ya 33 faiz, sair daxilolmalar 540 milyon manat təşkil edərək proqnozdan 106,8 milyon manat və ya 24,6 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 613,5 milyon manat təşkil edərək proqnozdan 1,5 milyon manat və ya 0,03 faiz çox, Dövlət Neft Fondundan transfert isə 10 milyard 697 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 606,1 milyon manat təşkil edərək proqnoza qarşı 72,4 faiz icra olunub.

Yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 28 milyard 761,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 040,8 milyon manat və ya 3,8 faiz çoxdur.

2026-cı ilin yanvar-oktyabr ayları ərzində icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri isə 34 milyard 082,4 milyon manat məbləğində icra edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: