Yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara ödənilmiş ƏDV-nin məbləği 29 milyon manat olub

A- A A+

Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 29 milyon 792,3 min manat təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: