Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb

A- A A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində aparılan təmir-bərpa işləri yekunlaşdırılıb.

AAYDA-dan NUHÇIXAN-a bildirilib ki, təmir-bərpa işləri çərçivəsində yol yatağında zəruri torpaq işləri görülüb, hamarlama və yol örtüyünün bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə ərazidə drenaj sistemi qurulub. Səth və yağış sularının kənarlaşdırılması üçün suötürücü borular quraşdırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində yolun hərəkət hissəsində su yığılması probleminin aradan qaldırılması, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin minimuma endirilməsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün daha əlverişli şəraitin yaradılması təmin edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: