On ayda əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artıb

A- A A+

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 16 milyard 519,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 28,7 faiz artaraq 5 milyard 482,1 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,3 faiz artaraq 11 milyard 37,7 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 20 faiz artaraq 9 milyard 137 milyon manat, xidmət sahələri üzrə real ifadədə 1,3 faiz artaraq 5 milyard manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 4,8 faiz azalaraq 2 milyard 382,8 milyon manat olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: