Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 32 milyon tonadək yük daşınıb

A- A A+

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizləri vasitəsilə ümumilikdə 31 milyon 942,4 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, hesabat dövründə nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 12 milyon 81,7 min ton, dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton, avtomobil nəqliyyatı ilə isə 8 milyon 490,6 min ton yük daşınıb.

Məlumata görə, qeyd olunan dövrdə Cənub-Qərb nəqliyyat dəhlizi ilə 447 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3 milyon 886,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 milyon 867,2 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə isə 14 milyon 741,3 min ton yük daşınıb.

Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə daşınan yüklərin həcmi 7 milyon 507,2 min ton təşkil edib.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,6 faizini tranzit yüklər təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: