Azərbaycanda büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu bu sektorun vergiləri hesabına formalaşır
Prezidentin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır.
NUHÇIXAN xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
O bildirib ki, son illərdə olduğu kimi, cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub.
“Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz daxilolmalarının payı 2021-ci ildə 49 faiz təşkil edirdisə, cari ilin 10 ayında artıq 55 faizi ötüb. Mütləq rəqəmlər ilə ifadə etsək, artım daha da önəmlidir. Belə ki, bu göstərici 2021-ci ildə 12,9 milyard manat təşkil edib. 2026-cı ilin təsdiq olunmuş büdcəsi üzrə 22,2 milyard manatdır. Büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu qeyri-neft-qaz sektorundan daxil olan vergilər hesabına formalaşır”, - deyə nazir əlavə edib.
