Hesablama Palatasının sədri: Cari xərclərin artım tempinə limit qoyulmasını təklif edirik

A- A A+

“Büdcə zərfi”nə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır. Bu makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından təqdirəlayiq hədəfdir.

NUHÇIXAN  xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

“Bu məqsəd üçün əsas hədəf göstəriciləri olan cari xərclər, habelə qeyri-neft gəlirlərinin və yaxud daha geniş anlayışla ifadə etsək, qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik. Cari xərclərin büdcədəki payının davamlı artması (60,4 faizdən 62,3 faizə yüksəlməsi) uzunmüddətli maliyyə dayanıqlılığı üçün risk yarada biləcəyindən büdcə qaydasında cari xərclərin artım tempinə limit qoyulmasını təklif edirik”, - deyə Hesablama Palatasının sədri əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: