Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 milyon 81,7 min ton, dəniz nəqliyyatı ilə 5 milyon 370,1 min ton və avtomobil nəqliyyatı ilə 8 milyon 490,6 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 447 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 3 milyon 886,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6 milyon 867,2 min ton, Şərq-Qərb nəqliyyat dəhlizi ilə 1 milyon 4741,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 7 milyon 507,2 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 47 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 46,6 faizini tranzit yüklər təşkil edib.
