Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 20,8 faiz artıb

A- A A+

2026-cı ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 10 435 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, qeydiyyata alınan əmlakların 4785-i torpaq sahəsi, 3926-sı fərdi yaşayış və bağ evi, 1302-si mənzil, 203-ü qeyri-yaşayış sahəsi, 203-ü qeyri-yaşayış binası, 16-sı isə əmlak kompleksidir.

Cari ilin ilk 10 ayında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən 2 milyon manatdan artıq xidmət haqqı daxil olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 109,5 min manat və ya 5,5 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: