Hesabat dövründə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hüquqi və fiziki şəxslər, eləcə də notariat ofisləri tərəfindən ümumilikdə 11 746 elektron müraciət daxil olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 90,6 faiz artım qeydə alınıb.
Qeyd edək ki, elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi xidmətlərə çıxış imkanlarını genişləndirir, vaxta qənaət etməyə, eləcə də müraciətlərin şəffaf və rahat şəkildə həllinə imkan yaradır.
