Qızılın qiymətində sabitləşmə müşahidə olunur

A- A A+

Bir ilin minimum səviyyəsinə enən qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasəti ilə bağlı sərt mövqeyinə dair siqnallarından sonra gecə saatlarında baş verən kəskin satışlardan sonra bir troya unsiyası üçün 3740 dollar səviyyəsində sabitləşib.

NUHÇIXAN  xəbər verir ki, qlobal bazarlarda qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsinə düşdükdən sonra bərpa olunmaqda çətinlik çəkir. Belə ki, FED rəsmilərinin əlavə faiz artımlarının zəruriliyinə dair fikirlər səsləndirməsindən sonra çərşənbə günü qızılın bir troya unsiyasının qiyməti 3 faizdən çox ucuzlaşaraq son bir ildən artıq müddətin minimumuna enib.

FED-in sərt pul siyasətini davam etdirə biləcəyinə dair siqnallarından sonra gecə saatlarında kəskin satışlarla üzləşən qızılın qiyməti sonradan bir troya unsiyası üçün 3740 dollar səviyyəsində sabitləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: