Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri fəaliyyət prinsipini dəyişəcək

A- A A+

Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri öz fəaliyyət prinsipini dəyişəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov Sahibkarlar Gününə həsr olunmuş konfransda deyib.

Nazirin sözlərinə görə, artıq kəndli və fermerlər kənd təsərrüfatı idarələrinə deyil, həmin idarələr kəndli və fermerlərə birbaşa müraciət edəcək, onların problemləri ilə maraqlanıb, yardımçı olmağa çalışacaq. Fəaliyyət prinsipimiz - düzgün idarəçilikdir. Burada şəffaflıq, hesabatlılıq, neqativ hallara qarşı sərt mübarizə fəaliyyətin əsasını təşkil edəcək. Qarşıda dayanan vacib məsələlərdən biri sahibkarlarla sıx əlaqədə çalışmaq, kənd təsərrüfatı sahəsində innovasiyaların, yeni texnologiyaların tətbiqini həyata keçirməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: