Bu il özəlləşdirmə və icarədən dövlət büdcəsinə 172 milyon manat vəsait köçürülüb

A- A A+

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-oktyabr ayları ərzində 49 hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) NUHÇIXAN-a bildirilib ki, hərraclarda 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 980 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 124 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 477-si qeyri-yaşayış, 3412-si torpaq sahələri üzrə olmaqla 3889 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 48 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 172 milyon manat vəsait daxil olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: