Qazaxıstan 2036-cı ilə qədər Transxəzər fiber-optik rabitə xətti üzrə internet trafikinin həcmini 21 terabit saniyəyə (Tbit/s) çatdırmağı planlaşdırır.
NUHÇIXAN-ın verdiyi məlumata görə, bunu "Qazaq Telecom" SC-nin İdarə Heyətinin sədri Bağdat Musin hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bu il oktyabrın 15-də Qazaxıstan və Azərbaycan prezidentləri Transxəzər Fiber-Optik Rabitə Xəttini işə salıblar: "Xəzər dənizinin dibi ilə 64 optik lifli 380 kilometr kabel çəkilib. Layihənin reallaşdırılması Asiya ilə Avropa arasında əlavə rəqəmsal dəhliz yaratmağa, beynəlxalq internet trafikinin marşrutlarını şaxələndirməyə, həmçinin Qazaxıstan və Azərbaycanın tranzit imkanlarını genişləndirməyə imkan verib".
B.Musin qeyd edib ki, bununla yanaşı, Qazaxıstan süni intellektin inkişafı üçün infrastruktur potensialını artırmağa davam edir: "Ölkədə ekibastuzda data mərkəzləri vadisinin tikintisi həyata keçirilir. Bundan başqa, noyabr ayında Kosşı şəhərində "Al-Farabium II" superkompüterinin texniki buraxılışı baş tutub. Onun məhsuldarlığı Almatıda yerləşən birinci superkompüterin göstəricilərini üç dəfə üstələyir. Kommersiya məqsədli buraxılış dekabrın 1-nə planlaşdırılıb".
