Azərbaycanda informasiya və rabitə xidmətləri 10 faiz artıb - FOTOLAR

A- A A+

Bu ilin yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3639,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, xidmətlərin 30,4 faizini mobil telefon rabitəsi, 16,2 faizini internet, 17,6 faizini proqram təminatının işlənməsi, 11,7 faizini informasiya, 24,1 faizini isə digər informasiya və rabitə xidmətləri təşkil edib.

Xidmətlərin 69,5 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 1104,7 milyon manatı (30,4 faizi) mobil telefon rabitəsi sahəsində formalaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: