Bu ilin yanvar-oktyabr aylarında ölkədən 20 milyard 654,4 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,03 faiz çoxdur.
NUHÇIXAN Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri 6,9 faiz artaraq 7 milyard 932,1 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan 7 milyard 417,8 milyon dollar dəyərində yəni, 20 milyard 648,8 milyon kubmetr təbii qaz ixrac edilib.
