“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) tərəfindən həyata keçirilən avtotexnika daşımalarında cari ilin 10 ayında 16 faiz artım qeydə alınıb.
QSC-dən NUHÇIXAN-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 935 min 457 ton avtotexnika daşınıb.
Ötən ilin eyni dövründə bu göstərici 805 min 566 ton təşkil edib. Hesabat dövründə gəmi-bərələrlə 35 min 975 ədəd avtotexnika daşınıb. 2025-ci ilin müvafiq dövründə isə bu rəqəm 32 min 59 ədəd olub. Beləliklə, avtotexnika daşımaları ədədlə ifadədə 12 faiz artıb.
2026-cı ilin oktyabr ayında da ASCO-nun gəmi-bərələri ilə avtotexnika daşımalarında artım tendensiyası müşahidə olunub. Ötən ay 97 min 900 ton avtotexnika daşınıb. Bu isə keçən ilin eyni ayının göstəricisindən (79 min 600 ton) 23 faiz çoxdur.
