Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Slovakiyanın enerji təhlükəsizliyini və Qarabağın azad edilmiş ərazilərində həyata keçirilən infrastruktur layihələrini müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bunu E.Qasımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Biz Slovakiyanın enerji təhlükəsizliyini müzakirə etdik və mən bu sahədə praktiki həll yollarının fəal şəkildə axtarışına görə Azərbaycan tərəfinə təşəkkür etdim", - səfir yazıb.
Qarabağdakı infrastruktur layihələrindən danışan E.Qasımov qeyd edib ki, Slovakiya şirkətləri artıq azad edilmiş ərazilərin bərpasında və inkişafında iştirak edir. "Praktiki əməkdaşlığımızın daha da dərinləşəcəyinə ümid edirəm", - o əlavə edib.
