Sumqayıt Sənaye Parkında 110 milyon kisə istehsalı planlaşdırılır

A- A A+

“Aztech Packing” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

Agentlikdən NUHÇIXAN-a bildirilib ki, ümumi dəyəri 40 milyon manatdan çox olan layihə çərçivəsində Sənaye Parkının ərazisində çoxqatlı klapanlı kraft-kağız kisələrin istehsalı təşkil ediləcək. Layihə üzrə ildə 110 milyon kisə istehsalı planlaşdırılır.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb, 6400-dən çox iş yeri yaradılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: