AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

A- A A+

Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.

AZAL-ın mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər.

Ekonom-sinif – tarifə daxil olan 23 kiloqrama qədər bir baqaj yeri +23 kiloqrama qədər bonus;

Biznes sinif – tarifə daxil olan hər biri 32 kiloqrama qədər iki baqaj yeri +23 kiloqrama qədər bonus;

Comfort Club – tarifə daxil olan hər biri 32 kiloqrama qədər iki baqaj yeri +23 kiloqrama qədər bonus;

VIP Club – tarifə daxil olan hər biri 32 kiloqrama qədər üç baqaj yeri +23 kiloqrama qədər bonus.

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 santimetrdən çox olmamalıdır.

Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

“Büdcə” tarifi - 23 kiloqrama qədər bir yer bonus pulsuz baqaj;

“Standart” tarifi – tarifə daxil olan 10 kiloqrama qədər bir baqaj yeri +23 kiloqrama qədər bonus

“Super” tarifi - tarifə daxil olan 23 kiloqrama qədər bir baqaj yeri +23 kiloqrama qədər bonus.

“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 santimetrdən çox olmamalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: