NUHÇIXAN xəbər verir ki, mayın 31-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Dudanın da iştirak etdiyi Azərbaycan – Polşa Biznes Formuna həmçinin hər iki ölkənin hökumət rəsmiləri ilə yanaşı iş adamları da qatılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasından olan sahibkarlar da iştirak ediblər. “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqının direktoru Vüqar Abbasov, “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayev və “Xalaoğlu” süd məhsulları istehsalı müəssisəsinin direktoru Rafiq Əliyev Polşa Respublikasından olan sahibkarlarla ikili görüşlərdə iştirak edib və əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.