“Azərbaycan Hava Yolları” QSC “Boeing 737 MAX-8” təyyarələrini almaqdan imtina edib

A- A A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Boeing 737 MAX-8” tipli təyyarələri almaqdan imtina edib.

Bu barədə NUHÇIXAN-a “Azərbaycan Hava Yolları”nın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

“AZAL ötən müddətdə “Boeing 737 MAX-8” hava gəmiləri ilə müxtəlif vaxtlarda və ölkələrdə baş verən 2 aviasiya qəzasını təhlil edib. Nəticədə AZAL 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alınmasına dair mövcud müqaviləyə xitam verilməsi üçün “Boeing” korporasiyasına müraciət edib”, - deyə P.Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hazırda “Azərbaycan Hava Yolları” QSC digər nəhəng istehsalçılardan laynerlərin alınmasının mümkünlüyünü araşdırır.

Qeyd edək ki, AZAL ilə “Boeing” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 “Boeing 737 MAX-8” tipli təyyarə gətirilməli idi.

Xatırladaq ki, ötən il oktyabrın 29-da və cari il martın 10-da bu tip 2 təyyarə qəzaya uğramışdı. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boeing 737 MAX-8” tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildirmişdilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: