Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının sərhəd xidməti orqanları rəhbərlərinin iclası keçirilib

A- A A+

İyunun 6-da Daşkənddə Rusiya Federasiyasının sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sərhəd xidməti orqanları rəhbərlərinin yeddinci iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə quruma üzv olan dövlətlərin - Çin, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Hindistanın sərhəd xidmətlərinin, həmçinin ŞƏT Regional Antiterror Strukturunun nümayəndələri iştirak ediblər.

İclasda ŞƏT-in üzvü olan dövlətlərdə sərhədlərin təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb, bu ayın 14-də Bişkekdə keçiriləcək ŞƏT-in sammitinə hazırlıq və bir sıra digər məsələlər müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: