Hava şəraiti yaxşılaşdığı üçün AZAL-ın Bakı-Naxçıvan reysi üzrə təyyarəsi Lənkəran hava limanından Naxçıvan istiqamətində yola düşüb
Naxçıvanda hava şəraiti yaxşılaşdığı üçün AZAL-ın J2-253 Bakı (GYD)-Naxçıvan (NAJ) reysi üzrə təyyarəsi saat 17:00-da Lənkəran hava limanından Naxçıvan istiqamətində yola düşüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatında deyilir.
Qeyd edək ki, Naxçıvan hava limanında əlverişsiz hava şəraiti ilə (şimşək və leysan) əlaqədar AZAL-ın J2-253 Bakı-Naxçıvan reysində hava gəmisinin kapitanı Lənkəran hava limanına enmək qərarına gəlmişdi. Təyyarə yerli vaxtla saat 15:08-də təhlükəsiz yerə enmişdi.