Bakıda keçirilən V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumunda Naxçıvanlı sahibkarlar da iştirak edib - FOTOLAR

A- A A+

İyunun 13-da Bakıda V Azərbaycan–Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib.

Əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri də daxil olmaqla ümumilikdə 1000-dək iştirakçı qatılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, forumda “Nəqşicahan Holdinq” Şirkətlər Qrupu MMC-nin nümayəndəsi Rifat Mahmudov, “Cahan Tabak Beynəlxalq” MMC-nin nümayəndəsi Şamxal Məmmədov, “Ləzzət Qida Sənaye” MMC-nin nümayəndəsi Simral Axundov və “Dekor Qrup” MMC-nin nümayəndəsi Ramazan Allahverdiyev avropalı sahibkarlarla ikili görüşlərdə iştirak edib və əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: