Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada 2019-cu ilin yanvar-may aylarında 985 milyon 236 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2157,3 manat olub.