Bu ilin yanvar-may aylarında 54 milyon 392 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, bu dövrdə diri çəkidə ət istehsalı 9166 ton, süd istehsalı isə 36317,4 ton olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı isə 2 faiz artıb.