Muxtar respublikada yanvar-may aylarında 151 milyon 89 min dollar dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb
Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə şərait yaradıb. 2019-cu ilin yanvar-may aylarında 151 milyon 89 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, ixracın dəyəri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 127 milyon 395 min ABŞ dolları təşkil edib, 103 milyon 701 min 100 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.