NUHÇIXAN xəbər verir ki, “Cahan Pen” Plastik Məmulatları İstehsalı və Satışı MMC-i tərəfindən bu gündən başlayaraq Rusiya Federasiyasına plastik məmulatlar göndəriləcək.
Gücü ayda 1500 ton olan müəssisədə müxtəlif qapı-pəncərə profilləri, polipropilen əsaslı kompozit və sadə içməli su boruları, eləcə də politilen əsaslı sərt sulama boruları, saydinq və aksesuarlar, yumuşaq rezin suvarma şlanqları, kanalizasiya boruları olmaqla 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur. Bu gündən başlayaraq istehsal olunan bütün məhsullar Rusiya Fedarasiyasının Moskva şəhərinə yola salınacaq.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikası dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri qurub. Yerli xammala əsaslanan məhsulların ixracı hesabına ardıcıl olaraq 10 ildir ki, muxtar respublikanın xarici ticarətində müsbət dinamika qeydə alınır. İstehsal edilən məhsulların keyfiyyəti ilə dünya standartlarına uyğundur.
Vüsal Muradov