Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşü keçirilir

A- A A+

Avstriyanın paytaxtı Vyanada OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 6-cı görüşü keçirilir.

NUHÇIXAN xəbər verir ki, görüşdə iyulun 1-də keçirilmiş “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci toplantısında tövsiyə olunan və OPEC Nazirlər Şurasının 176-cı iclasında qərarlaşdırılan OPEC-ə üzv və qeyri-OPEC ölkələrlə əldə edilən neft istehsalının azaldılmasına dair sazişin müddəti daha 9 ay uzadılması əsas müzakirə mövzusu olacaq.

İclasda ölkəmizi Energetika naziri Pərviz Şahbazov təmsil edir.

Xatırladaq ki, dünən OPEC və bəzi qeyri-OPEC ölkələri ilə əldə olunan neft hasilatının azaldılmasını nəzərə tutan sazişin müddətinin 9 ay uzadılması barədə qərar qəbul edilib. Qərar 2020-ci il martın 31-dək qüvvədə olacaq.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 5-ci görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunmuşdu. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısı üçün nəzərdə tutulmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: