İqtisadiyyat Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin dəstəyi, ASAN İnnovasiyalar Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Yeni Fikir VI” startap müsabiqəsinə yekun vurulur.
NUHÇIXAN xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov hazırda Sahibkarlığın İnkişafı Fondunda fəaliyyət göstərən Biznes İnkubasiya Mərzkəzində 10-dan çox startapın inkişafına dəstək verildiyini deyib.
Qeyd edilib ki, indiyədək 5 dəfə keçirilən müsabiqəyə 842 startap layihəsi təqdim olunub. Onlardan 100-dən çoxunun inkişafına dəstək verilib, 35 layihəyə ilkin investisiya və inkubasiya xidmətləri göstərilib. Martda elan olunan builki startap müsabiqəsinə 118 layihə təqdim edilib, onlardan 36-sı yarımfinala, 12 layihə isə finala vəsiqə qazanıb.
Müsabiqənin final və mükafatlandırma mərasimi keçiriləcək.