Muxtar respublikada sənaye məhsulunun istehsal həcmi artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, muxtar respublikada müasir sənaye müəssisələrinin yaradılması, yeni məhsulların istehsalı bu sahədə dinamik inkişafı təmin edib.

2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 550 milyon 110 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,4 faiz üstələyib.

Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,3 faiz təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.

Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ilin yanvar-iyun aylarında 4 milyon 312 min manat kredit verilib.

Sənayedə istehsalın həcminin artması nəticəsində 2019-cu ilin ilk yarım ilində 151 milyon 253 min 500 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: