Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən əsas göstərici kimi 2019-cu ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon 637 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 2801 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 29,9 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57,6 faiz təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,9 faiz artıb.