Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Türkiyədən ixrac məhsullarını Gürcüstana aparan ilk yük qatarı Ərzurumdan yola düşüb.
NUHÇIXAN xəbər verir ki, bu münasibətlə rəsmi yolasalma mərasimi təşkil olunub. Qatar Ərzurumdakı “Palandökən” Logistika Mərkəzindən yola salınıb.
Mərasimdə qeyd edilib ki, il ərzində BTQ ilə Gürcüstana 120 min ton dəmir məhsullarının daşınması planlaşdırılır.