Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirliyin əvvəlki internet saytı müasir tələblərə cavab vermədiyindən yeni sayt (www.in.nakhchivan.az)  hazırlanıb. Yeni dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən internet saytı nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Sayt istifadəçiləri iqtisadiyyat sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən əldə edəcəklər. Saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və yeni dizayn verilib.

Yeni internet saytında elektron xidmətlərdən istifadə də mümkündür. Saytda icazələrin elektron informasiya portalına (icazeler.nax.az) birbaşa keçidi yerləşdirilib və vahid idarəetmə sistemi yaradılıb.

7 bölmə və 19 altbölmədən ibarət yenilənən saytda istifadəçinin rahatlığı üçün ən çox müraciət olunan bölmələr “Ana səhifə”də cəmlənib, muxtar respublikanın iqtisadiyyat xəbərləri, nazirlik tərəfindən keçirilən tədbirlər, operativ informasiyalar, həmçinin muxtar respublika iqtisadiyyatının makroiqtisadi göstəriciləri haqqında geniş məlumatlar öz əksini tapıb. Bununla yanaşı, sahibkarlarla iş sahəsində “sahibkarlığa dəstək” və “sahibkarların nəzərinə” altbölmələri vasitəsilə operativ olaraq sahibkarların məlumatlarndırılması da nəzərdə tutulub. Saytda vətəndaşların qəbul günlərinin qrafiki, elektron müraciət qaydaları, qaynar xətt, məzənnə, nazirliyin e-mail ünvanı və digər əlaqə vasitələri barədə məlumatlar da öz əksini tapıb.

İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq keçirilən tədbir və konfranslar, Azərbaycanda və xarici ölkələrdə təşkil edilən biznes forum, işgüzar görüş və sərgilər, bir sıra ölkələrlə aparılmış ticarət əlaqələri, iqtisadiyyatın müxtəlif sahələri üzrə qəbul edilmiş normativ hüquqi aktların, müxtəlif ölkələrin nümayəndə heyətlərinin muxtar respublikaya səfərləri barədə məlumatlar yeni sayt vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılacaq, həmçinin nazirliyin internet saytında vətəndaşların nazirliklə əlaqəli sualları operativ cavablandırılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: