Sentyabrda Rusiyanın Sankt-Peterburq şəhərindən iş adamları biznes missiya çərçivəsində Azərbaycana səfər edəcəklər.
NUHÇIXAN “Biznes-Qeometriya” MMC-nin məlumatına istinadla xəbər verir ki, hazırda təşkilat Azərbaycana biznes missiyada iştirak üçün müraciətləri qəbul edir.
Səfər çərçivəsində nümayəndə heyəti “B2B” görüşləri keçirəcək, potensial tərəfdaşlarla danışıqlar aparacaq, dövlət qurumları və Azərbaycan Sənaye Korporasiyasının nümayəndələri ilə dəyirmi masalarda iştirak edəcəklər.