Türkiyədə yerləşən hava limanları ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib.

O bildirib ki, bu istiqamətdə davam edən danışıqlar artıq yekunlaşıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə əldə olunan yeni razılığa əsasən açılacaq bu hava dəhlizi vasitəsilə Türkiyədə yerləşən hava limanları ilə Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanı arasında birbaşa uçuşlar həyata keçiriləcək. Uçuşların avqustun 15-dən etibarən başlaması planlaşdırılır.

Hüseyin Keskin hazırda bu reyslərin həyata keçirilməsi üçün İran və Ermənistanın hava sahələrindən istifadə olunduğunu qeyd edib.

Bildirilib ki, yeni dəhlizin istifadəsi həm vaxtı qısaldacaq, həm də yanacağa qənaət baxımından daha əlverişlidir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: