Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, 2019-cu ilin yanvar-iyul aylarında muxtar respublikada 244 milyon 713 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 13348,1 ton, süd istehsalı 60358,4 ton olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı isə 1,3 faiz artıb.