Tacikistan Azərbaycan gömrüyünün təcrübəsindən yararlanmaq istəyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev deyib.
O, Azərbaycanla Tacikistan arasında iqtisadi, siyasi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib.
R.Soliyev Azərbaycan gömrüyündə tətbiq edilən yenilikləri nəzərə almaqla Tacikistan gömrük xidmətinin bu təcrübədən yararlanmaqda maraqlı olduğunu, o cümlədən tacikistanlı gömrükçülərin Azərbaycanda təlim keçməsinin məqsədəuyğunluğunu bildirib.