Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) vergi (maliyyə) orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda Tacikistandan başqa Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Özbəkistan və Ermənistanın nümayəndələri iştirak edib.
Tədbirdə MDB ölkələrində iqtisadi təhlükəsizliyin təmin olunması, gələcəkdə iqtisadi inteqrasiya sahəsində əlaqələrin möhkəmləndirilməsi və təkmilləşdirilməsi, maliyyə-kredit sahələrindəki cinayətkarlıqla mübarizə və digər məsələlər müzakirə olunub.
Nümayəndələr MDB ölkələrində bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi istiqamətində də fikir mübadiləsi aparıblar.